Güllə atan hər əsgər üçün psixoloqlar rəy yazacaq: Qorxur, ya yox?

Baxış sayı:
7435

Düşmən ordusunda daha bir əcaib yenilik...

Ermənistan ordusundakı ağır vəziyyət və bu vəziyyətdən doğan itkilər, habelə intihar və fərarilik halları düşmən ordusunda əcaib yeniliklərin saynı artırmaqdadır.
Moderator.az erməni mediasında istinadən xəbər verir ki, bir müddət bundan öncə orduda psixoloqların sayını əhəmiyyətli dərəcədə artıran rəsmi İrəvan, bu kəs hərbi təlimlərdə yeni metod tətbiq edib. Belə ki, hərbi təlimlərə əsgərlərlə yanaşı, psixoloqları da cəlb edən düşmən komandanlığı, onlardan təlimdə iştirak edən hər bir hərbçi haqqında psixoloji rəy yazmağı tələb edir.
Rəydə psixoloqlar hər bir hərbçinin psixoloji obrazını yaratmaqla yanaşı, onun təlim zamanı “özünü necə apardığını, qorxub-qorxmadığını” qeyd etməlidir. Erməni hərbi rəhbərliyi hesab edir ki, psixoloq rəyləri ordudakı “qorxaqları”, “zəif iradəliləri” müəyyənləşdirməkdə kömək edəcək. Daha sonra həmin hərbçilər üzərində daha çox psixoloji işin aparılması planlaşdırılır.
Düşmən ordusundakı bu yenilik erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmış deyil. Hər kəsi daha çox düşündürən sual isə budur: Anadan qorxaq olaraq doğulmuşları hansısa resept və ya fərdi söhbətlə cəsur etmək mümkündürmü? Madam ki, mümkün deyil, o zaman bu gülünc yeniliyə nə ehtiyac var?