Gülbala keçmiş arvadını qısqandı, həmkəndlisini evinə çağırıb öldürdü - CƏLİLABADDA BİR GÜNDƏ İKİ QƏTL

Baxış sayı:
4687

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

"Report" bildirir ki, hadisə qısqanclıq zəmnində baş verib.

Belə ki, rayonun Privolnoye kənd sakini, 1984-cü il təvəllüdlü Gülbala Rauf oğlu Quliyev həmkəndlisi, 1984-cü il təvəllüdlü Ceyhun Dədəkişi oğlu Novruzovu yaşadığı evə çağıraraq onunla mübahisə edib. Mübahisə zamanı G.Quliyev C.Novruzovun ürək iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib və Cəlilabad Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Şübhəli şəxs qismində saxlanılan G.Quliyev istintaqa ilk ifadəsində Ceyhun Novruzovu keçmiş həyat yoldaşı ilə münasibətinin olduğunundan şübhələnərək qətlə yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Bu qətl oktyabrın 7-də baş verib. Həmin gün Cəlilabadda daha bir qətl də baş vermişdi və dayı evində bacısıoğlunu öldürmüşdü.