​Güclü yağış Gəncədə fəsadlar törətdi

Baxış sayı:
10699

Bir neçə gün əvvəl Gəncəyə yağan və dolu ilə müşayiət olunan güclü yağış bir sıra fəsadlara yol açıb. Muxalifet.az azertac-a istinadən xəbər verir ki, şəhər rəhbərliyi təbii fəlakətin fəsadları ilə yerində tanış olub, onların aradan qaldırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlərlə maraqlanıb. Məlumat verilib ki, 40-dan çox ünvanda evlərin zirzəmilərinə, həyətyanı sahələrə su dolub. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Gəncə “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin canlı qüvvə və texnikaları vasitəsilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Qeyd edək ki, bir neçə gün əvvəl Gəncəyə dolu ilə müşayiət olunan leysan xarakterli yağış yağıb. Normadan artıq yağan yağışın yaratdığı sel suları şəhərin küçə və prospektlərində, eləcə də səkilərdə hərəkəti çətinləşdirib. Buna səbəb sularla gələn daş, qum və tullantıların yollarda qalaqlanması olub. Bir sıra ərazilərdə yollar çöküb, ağacların iri budaqları qırılıb.