Güclü külək Qubada məktəbin damını uçurdu - FOTO

Baxış sayı:
1221

Quba rayonunda məktəbin dam örtüyü uçub.

“Report” xəbər verir ki, güclü külək Haput kənd ibtidai məktəbinin dam örtüyü ilə yanaşı, təhsil ocağının divarlarını da sıradan çıxarıb.

Sinif otaqlarının üstü tamamilə dağıldığından məktəbdə dərslər dayandırılıb.

Qeyd edək ki, Haput kənd ibtidai məktəbi qəzalı vəziyyətdədir.