​Güclü külək dünyanın ən iri təyyarəsinin pilotlarını çətin vəziyyətə saldı – VİDEO

Almaniyanın Düsseldorf şəhərinin hava limanında Emirates şirkətinə məxsus Airbus A380 sərnişin təyyarəsi sərt eniş edib.
Muxalifet.az-ın məlumatına görə, hadisənin görüntüləri YouTube portalında yerləşdirilib.
Dubay-Düsseldorf reysini həyata keçirən təyyarə güclü külək səbəbindən uçuş-eniş zolağına uğurla enə bilməyib. Pilotlar çətinliklə 300 tonluq hava gəmisini qəzadan yayındırıblar.
Airbus A380 — dünyanın ən iri sərnişin təyyarəsidir. Təyyarə 850 sərnişin tutumuna malikdir.