"Güc, etimad və inamla…" - PREZİDENT APARATI ƏSMA ƏSƏDƏ ŞƏFA DİLƏYİB

Baxış sayı:
8809

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd məşhurluğuna görə heç də həyat yoldaşından geri qalmır. Onun Suriyanın çətin günlərində Bəşərin yanında qalması, əri ilə çiyin-çiyinə ağır yükün altına girməsi diqqətdən yayınmayıb.

Bu gün yayılan məlumata görə, Əsma Əsəd xərçəng xəstəliyinə tutulub.

Bu barədə Suriya prezidentinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

Səhifədə Bəşər Əsədlə Əsma Əsədin xəstəxanada çəkilmiş birgə şəkli yayımlanıb və bu mesaj yazılıb:

"Güc etimad və inamla… Əsma Əsəddə bədxassəli süd vəzi xərçəngi aşkarlanandan sonra o, müalicənin ilkin mərhələsinə başlayıb. Prezident Aparatı və işçi heyət Əsma xanıma şəfa diləyir".

Belə bir məqamda Əsma xanımın kimliyi, keçdiyi həyat yolu maraqla qarşılanmaya bilməz.

Məşhur Kral Kollecinin məzunu olan Əsma Əsəd 2000-ci ildə Bəşər Əsədlə ailə həyatı qurub. Evləndikdən sonra bankçılıq fəaliyyətinə son qoyub.

Əsma Fəvaz Əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir. Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otri Əl-Əxrəsin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar.

O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb.

Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyib. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb.

Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıdıb və dekabrda Bəşər Əsədlə ailə qurub.

Onların üç uşağı var: Hafiz, Zeyn, Kərim. Əsmə Əsədin valdeyinləri Böyük Britaniyada yaşıyırlar.