Guaido Venesuelaya geri döndü: İşlətdiyi ilk cümlə!

Baxış sayı:
5746

Ölkədən çıxış qadağası olmasına baxmayaraq 22 fevralda Kolombiyaya keçən müxalif lider Juan Guaido, 11 gün sonra Venezuelaya geri qayıdıb.
 
ABŞ-ın Kolombiyaya yolladığı "humanitar yardım"ın Venesuelaya keçirilməsi cəhdindən bir gün əvvəl ölkəsindən ayrılan, Venesuelada özünü "müvəqqəti dövlət başçısı" elan edən Milli Məclis sədri Guaido, sosial media hesabından etdiyi açıqlamada, "Venesuelaya azad fərdlər olaraq daxil oluruq, kimsə də bunun əksini söyləyə bilməz" deyə qeyd edib.
Qeyd edək ki, Kolumbiyadan sonra Guaido, Braziliya, Argentina, Paraqvay və Ekvadoru ziyarət edib.
Digər tərəfdən, Venesuelanın baş prokuroru Tarek William Saab yanvar ayında Guaido-ya ölkə xaricinə çıxış qadağası gətirilməsi, mal varlığının və bank hesablarının dondurulması üçün Ali Məhkəməyə müraciət etmiş, ertəsi gün bu ehtiyat tədbirləri təsdiqlənmişdi.
Müxalifət.az