Guaido-dan Maduroya “qan axacaq” təhdidi

Baxış sayı:
6145

Venesuelada özünü "müvəqqəti prezident" elan edən müxalif lider Xuan Guaido “New York Times”-da məqalə dərc edərək "Nikolas Maduro rejimini ən az qan tökərək məhv etmək üçün dünya üzərindəki demokratiya tərəfdarı hökumət, qurum və şəxslərin dəstəyinə ehtiyac duyduqlarını" bildirib.
 
“Juan Guaido: Venesuelalılar güc birlikdədir" başlığı ilə dərc olunan məqalədə Guaido 61 il əvvəlki Marcos Perez Ximenez dövründə Venesuelada baş verən çətinliklərə istinad edərək, “Bir daha insanı bir böhran və dövlət rəhbərliyinin Nikolas Maduro tərəfindən qanunsuz olaraq tutulması altında demokratiyamızı yenidən qazanmaq və ölkəni yenidən qurmaq çətinliyi ilə üz-üzəyik” deyə qeyd edib.
 Guaido məqalədə, ölkədə dərman və ərzaq sıxıntısı olduğuna diqqəti çəkərək, hökumətin zalım təzyiqlərindən dolayı 3 milyon Venesuelalının xarici ölkələrə mühacirət etdiyini qeyd edib.
 
“Qan axacaq” təhdidi!
 
Maduroya xalq dəstəyinin olmadığını iddia edən Guaido, yazısını belə tamamlayıb:
“Maduronun vaxtı azalır, ancaq gedişini ən az miqdarda qan tökülməsi ilə təmin etmək və rejimin qəti sonunu gətirmək üçün bütün Venesuela birləşmək məcburiyyətindədir. Bunun üçün dünya üzərindəki demokratiya tərəfdarı hökumət, qurum və şəxslərin dəstəyinə ehtiyacımız var. Əziyyət çəkdiyimiz ağır humanitar böhran üçün eyni anlayış və razılaşma yolu ilə getməyə davam etmək kimi təsirli həll tapmalıyıq. Gücümüz və bütün Venesuelanın xilası birlikdədir".
Müxalifət.az