​Əgər İngiltərə RT-yə əngəl yaratsa, biz də... - Puşkov

Baxış sayı:
10036

"Rusiya Tudey"in yayımına İngiltərə əngəl yaradarsa, biz də BBC-yə qarşı eyni tədbirləri görərik.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov bildirib.
Puşkov qeyd edib ki, İngiltərənin "Ofcom" media qurumu RT-yə qarşı 3 yeni cinayət işini açmağı planlaşdırır:
"Əgər RT problemlərlə qarşılaşarsa, Moskva da eyni tədbirlər görəcək. Bu, Rusiyada həm televiziya, həm də radio fəaliyyəti göstərən BBC-yə ciddi zərbə olacaq".