Əgər, Ermənistan Naxçıvanda təxribat həyata keçirərsə BUNA LAYİQLİ CAVAB VERİLƏCƏK - POLİTOLOQ

Baxış sayı:
11215

Məhəmməd Əsədullazadə: "Mütəmadi olaraq lokal əməliyyat keçirib, işğal olunmuş ərazilərdə təhlükəsizlik böhranı yaratmalıyıq"
"Moskvada "Lavrov planı", Qərbin paytaxtlarında isə "Madrid prinsipləri" üzrə danışıqlar aparırıq, ona görə də istənilən nəticə əldə olunmur"

"Ermənistanla aparılan danışıqlar gözlənilən nəticəni vermir. Vaşinqton görüşü ərəfəsində işğalçı ordunun cəbhə xəttində ordumuzun zabitini şəhid etməsi birbaşa bu danışıqlara getməməyə hesablanıb". Hurriyyet.org-un məlumatına görə, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
Rəsmi İrəvanın Vaşinqton danışıqlarında maraqlı olmadığını qeyd edən politoloq bu qənaətdədir ki, Nikol Paşinyan Ermənistan daxilindəki klanlararası mübarizədən ehtiyatlanır: "O, bu kimi danışıqlara getməsinin özünə qarşı yeni kampaniyaya strat veriləcəyindən çəkinir. Hazırda Paşinyan özü "Qarabağ klanı"nı torpaqların verilməsində iddiham edir. Belə olan təqdirdə, Ermənistanda biz inqilab hakimiyyətindən ciddi danışıqlar prosesində real nəticələr gözləməyək. Yalnız hərbi gücə üstünlük verməliyik".
Azərbaycan və Türkiyə birgə Naxçıvanın blokadasını aradan qaldıra bilər - POLİTOLOQ
Erməni tərəfinin Naxçıvan istiqamətində Rusiya-Ermənistan birgə qoşun birləşməsini mütəmadi təlimlərə çıxardığını bildirən politoloq bu birləşmənin erməni komandanının təxribatçı açıqlamalar verdiyini də əlavə edib: "Təbii ki, bu istiqamətdə ordumuzun Türkiyə ilə birgə keçirdiyi "Sarsılmaz qardaşlıq" taktiki döyüş atışlı təlimi işğalçıya mesaj xarakteri daşıyır. Əgər, Ermənistan tərəfi Naxçıvan istiqamətində təxribat həyata keçirərsə buna layiqli cavab veriləcək. Hətta Azərbaycan və Türkiyə birgə Naxçıvanın blokadasını aradan qaldıra bilər. Bununla da Qarabağa quru yol təmin edilə bilər. Təəssüf ki, aparılan danışıqlarda rəsmi Bakının bir sıra takitiki səhvələri var. İlk növbədə, Qərblə bu istiqamətdə ciddi danışıqlar aparılmalıdır. Qərb hələki işğalçı ölkə ilə Azərbaycanı eyni gözdə görür və onların bir sıra özəl şirkətləri Qarabağda fəaliyyət göstərir. Buna imkan verməmək üçün biz mütəmadi olaraq lokal əməliyyat keçirib, işğal olunmuş ərazilərdə təhlükəsizlik böhranı yaratmalıyıq. İşğalçının infrastrukturları məhv edilərsə, nə xarici şirkətlər, nə də ermənilərin məskunlaşması aparılar. Mütləq şəkildə danışıqlarda Qarabağla bağlı strategiyamızı dəqiqləşdirməliyik. Moskvada "Lavrov planı", Qərbin paytaxtlarında isə "Madrid prinsipləri" üzrə danışıqlar aparırıq. Ona görə də istənilən nəticə əldə olunmur".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org