Gözlənilən oldu: Fransada ordu “Sarı Jiletlilərə” qarşı küçəyə çıxdı

Baxış sayı:
6823

Fransa hökumətinin geri addım atmasına baxmayaraq qane olmayan "Sarı" Jiletlər" sabah ən böyük aksiyalarını keçirəcək. Böyük xaosdan qorxan Fransa hökuməti tədbir almaq üçün ordunu küçəyə çıxarıb.
 
Fransada 17 noyabrdan bu yana nümayişçilər xüsusilə həftə sonları olmaqla, Paris mərkəzində aksiyalar həyata keçirir. Ötən şənbə və bazar günləri zorakılıq hərəkətlərinin artdığı Parisdə hökumət uzlaşma üçün addımlarını atsa da, "Sarı Jiletlər" bu vəziyyətdən məmnun qalmayıb.
 
Şənbə günü nəhəng mitinq
 
Qeyd edək ki, Makrondan istefa gözləyən və hökumətin addımına “Çörək qırıntısı deyil, çörəyin özünü istəyirik" deyə qarşılıq verən "Sarı Jiletlər" aksiyaları dayandırmayacaqlarını açıqlayaraq şənbə günü üçün nəhəng mitinq çağırışı etmişdi.


 
Hərbi maşınlar Paris küçələrində
 
Şənbə günü küçələrə töküləcək on minlərlə Fransız üçün hökumət ordunu işə salıb. Polis zorakılığının son nöqtəyə gəldiyi ölkədə zorakılıq hadisələrinin daha çox artmasından narahatlıq duyulur.
Hökumət tədbir olaraq Fransa küçələrini hərbi maşınlarla doldurub.
Müxalifət.az