​Göygöl sakini özünü yandırdı – İNTİHARA CƏHD

Göygöl sakini intihara cəhd edib.
Hadisə bu gün rayon Polis Şöbəsinin yaxınlığında qeydə alınıb.
Rayon sakini, 1993-cü il təvəllüdlü Ayşən Babayeva üzərinə neft tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb. Yanıq xəsarətləri alan A. Babayeva xəstəxanaya yerləşdirilib. Ona başın və bədənin 2-3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.
Vəziyyətinin orta ağır olduğu bildirilir.  Faktla bağlı araşdırma aparılır(apa).