Göyçayın Ədliyyə İdarəsindən PREZİDENTƏ ŞİKAYƏT – “Bu, açıq-aşkar cinayət əməlidir...”

Baxış sayı:
3124

Göyçay rayonu Müskürlü kənd sakini Həsrətov  Fərman Hasil oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət edən şikayətçi yazır:
“Hörmətli  Prezident və hörmətli Fikrət Məmmədov!
Bu şikayət ərizəmdə yazıb Sizə bilririəm ki, Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Müskürlü bələdiyyəsinin torpaqğını qanunsuz oaraq başqa şəxsə satmışdır. Nəticədədə bizim ailənin istifadə etdiyi su arxı ləğv edilmişdir. Bu səbəbdən susuzluğa görə ailə üzvülərim xəstə düşmüş, təsərrüfatım məhv olmuşdur.
Mən 1989-cu il tarixdə Müskürlü kəndində sovetlər dönəmində torpaq alıb ev inşa etdirib ailəmlə birlikdə yaşayıram. Həmin vaxtdanda istifadə etməyə suyu arx vasitəsi ilə həyətimə gətirmişdim.30 ilə yaxın müddətdə həmin su arxından istifadə etmişəm. Qonşuluqda olan 6 sot boş torpaq sahəsini Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun əmisi oğlu və yeznəsi Vahid Kərimov alıb Ucar rayon sakini Qurbanov Vüsal Fərman oğluna satmışdı. Həmin torpaq sənəddə 6 sot olsa da Vahid Kərimov bizim istifadə etdiyimiz su arxı olan 2 sot torpaq sahəsini də ora qataraq, qohumu Akif Kərimovun köməkliyi ilə ora sənəd almışdır. Bu isə açıq-aşkar cinayət əməlidir ki, Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun rəhbərliyi ilə  Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəhbərliyi bunu etmişdilər.
Bu korrupsiya cinayətinin nəticəsində mən və ailə üzvülərim sudan istifadə edə bilmirik. Hansı ki, Göyçay rayon Məhkəməsinin 09 dekeabr 2016-cı il tarixli qətnaməsi ilə həmin sözügedən 2 sot torpaq sahəsinin Vüsal Fərman oğlu Qurbanov tərəfindən zəbt edilməsi təsdiq edilmişdir. Həmin zəbt edilmiş torpaq sahəsinə daxil edilmiş su yolunun açılması qət edilmişdir. Məhkəmənin qətnaməsinin icrasına isə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov təsir göstərir imkan vermir.
Mənim istifadə etdiyim su arxının keçdiyi 2 sot torpaq sahəsinin Müskürlü bələdiyyəsinə məxsus olmasına dair bələdiyyə sənədi və yaradılmış komissiyanın aktı var. Həmçinin Müskürlü bələdiyyəsinin sədri Qorxmaz Bəyalıyev bunu video müraciətində də qeyd edir. Buna görə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov bələdiyyə sədri Qorxmaz Bəyalıyevi şantaj edir ona təzyiq göstərməyə çalışır.Korrupsiyaya qurşanmış Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun bu əməlləri araşdırılmalı və barəsində ciddi tədbirlər görülməlidir.
Hörmətli  Prezident və hörmətli Fikrət Məmmədov!
Sizdən xahiş edirəm şikayət ərizəmi mənim iştirakımla yerində tam, hərtərəfli və obyektiv araşdırıb cinayət törətmiş vəzifəli şəxs Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov barəsində qanuna müvafiq tədbirlər görəsiniz, onun həbs edilməsinə göstəriş verəsiniz”.
 

Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.