​Göyçayda VAZ-2106 aşdı, 3 nəfər xəsarət aldı

Baxış sayı:
6358

ABŞ administrasiyası Venesuela neftinin Kubaya ixracını dayandırmaq üçün əlavə sanksiyalar hazırlayır.“Washington Free Beacon”xəbər verir ki, bu barədə ölkə prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton bildirib.
“Venesuela və Kubanın fiziki şəxslərinə qarşı əlavə məhdudiyyətlər tətbiq edəcəyik. Venesueladan Kubaya neft tədarükünün qarşısını almaq üçün daha çox səy göstərəcəyik. Hər dəfə sanksiya tətbiq edəndə Maduro rejimi onlardan yayınmağa çalışırıq, buna yol verməmək üçün yeni üsullar axtarırıq” – deyən müşavir hazırda Venesuelada Kubanın 15 minədək hərbçisi və təhlükəsizlik əməkdaşının qaldığını, bu hərbi yardım müqabilində Venesuelanın Kubaya dünya qiymətlərindən xeyli ucuz qiymətə neft satdığını dilə gətirib. Amerikalı diplomat Venesueladan kubalı hərbçiləri çıxarmağın başlıca məqsədləri olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Venesuelanın dövlət neft şirkətinə, Mərkəzi Bankına, habelə bu ölkədən Kubaya neft daşımaları həyata keçirən iki şirkətə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib, Venesuelaya məxsus 7 milyard dollarlıq aktivlərə həbs qoyub. Həmçinin Kubaya da qarşı müəyyən sanksiyalar tətbiq olunub.
Bu il yanvar ayında Venesuelada baş vermiş dövlət çevrilişi cəhdi zamanı ABŞ bu ölkənin müxalifət lideri Xuan Quaidonu müvəqqəti dövlət başçısı qismində tanımışdı.
Göyçay rayonunda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, hadisə rayonun Alpout kəndi ərazisində qeydə alınıb.
Kənd ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yüksək sürət nəticəsində idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan 3 nəfər - rayonun Qaraxıdır kənd sakinləri, 1995-ci il təvəllüdlü Abdullayev Salam Əliyar oğlu, 1995-ci il təvəllüdlü Əhmədov Elşən Mehman oğlu və 1995-ci il təvəllüdlü Xudaverdiyev Mehdi Sədiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hər 3 xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.