Göyçayda icra başçısı ilə Kommunal Təsərrüfat İdarəsinin müdiri arasında QALMAQAL

“Bu iki məmurun intriqasına görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır”

Göyçay rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktubda qeyd olunur:
“Biz Göyçay rayon sakinləri, mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin talançılıq, korrupsiya cinayətlərini araşdırıb, onun və əlaltılarının barəsində ciddi tədbirlər görsünlər. Mehdi Səlimzadə 1 il 3 aydır ki, Göyçay rayon icra başçsı vəzifəsinə təyin olunub. Bu müddət ərzində  yaratdığı özbaşınalıq, fəaliyyətsizliyin nəticəsində rayonda idarəetmə itib.
Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevlə Mehdi Səlimzadənin pul bölgüsünə görə aralarında yaranmış mübahisə nəticəsində Göyçay şəhəri zibillik içində itib batır. Şəhər baxımsız vəziyyətə düşüb, buna görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Bu iki şəxsin intiriqasına görə Göyçay ölkənin ən çirkli şəhərinə çevrilib.
Belə ki,  icra başçısı Mehdi Səlimzadə ilə Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin arasında pul bölgüsü üstündə mübahisə yaranıb. Göyçay şəhərində hər evdən “zibil pulu” adı ilə hər ay 3 manat pul yığılır ki, bu da 30.000 manat edir. Həmin pulun 10.000 manatı icra başçsına çatır. İcra başçsı isə hər abonentdən alınan 3 manatın ikisinin ona çatdırılmasını tələb etsə də, Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyev buna razı olmayıb. Nəticədə ciddi mübahisə yaranıb. İcra başçsı Loğman Əliyevi işdən çıxaracağı ilə hədələyəndə isə, o, icra başçısına "məni səndən əvvəlki icra başçısı şərləyib həbs etdirdi, amma Ali Məhkəmənin qərarı ilə bəraət alıb işimə bərpa olmuşam. Sənin mənə gücün çatmaz, bundan sonra sənə bir qəpikdə olsun pul verməyəcəm"  - deyib, qapısını çırparaq İcra Hakimiyyətinin binasını tərk edib.
Qeyd edək ki, Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin 2013-cü il tarixdə vəzifə səlahiyyətlərini aşma və xəsarət yetirmə maddəsi ilə təqsirli bilinərək 6 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunmuşdur. Ali məhkəmənin qərarı ilə ona 2015-ci il tarixdə bəraət verilmiş və əvvəlki işinə bərpa ounmuşdur. Loğman Əliyevin bəraətə görə 100.000 manat rüşvət verdiyi deyilir.
İndi Loğman Əliyev icra başçısı ilə intiriqa aparır deyə  3-4 gündən bir təmizlənən küçələr süpürülmür, zibillər yığılmır. Nəticədə də binaların qarşısını küçələri zibil basıb. Rayon sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Həttda Loğman Əliyev ictimayyət arasında icra başçısı Mehdi Səlimzadənin ünvanına nalayiq söyüşlər səsləndirir. İcra başçısı ondan açıq-aşkar qorxur deyə heç bir tədbir görə bilmir. Çünki aralarında yaranmış mübahisəyə qədər Loğman Əliyev saxtakarlıq, korrupsiya yolu ilə əladə etdiyi pulun müəyyən miqdarını icra başçsına verən zaman diktafonla onun səsini gizli yazdığı deyilir. Mehdi Səlimzadə bu səs yazısının yayılacağından qorxuduğu üçün Loğman Əliyevin qarşısında aciz qalıb. Mehdi Səlimzadə çox çalışır ki, qardaşı oğlu Əlini Göyçay Kommunal Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə gətirə bilsin.
Bu iki məmurun pul üstündə etdikləri davanın ağrı-acısını Göyçay sakinləri çəkir. Küçələrdə zibil əlindən, zibil iyindən yerimək olmur. Parklarda hovuzlara su vurulmur, içərisini zibil basıb. Sanki Göyçay müharibədən çıxmış şəhərə oxşayır.
Hörmətli Prezident, hörmətli Mehriban xanım!
Xahiş edirik iki məmurun pul üstündə apardığı intiriqalardan əziyyət çəkən Göyçay rayonunun günahsız sakinlərinə köməklik edəsiniz. Vəzifəyə yaramayan bu iki məmurun barəsində tədbir görməyinizi xahiş edirik”.
Qeyd edək ki, müraciət aşağıdakı sakinlərin adından göndərilib:
1.Məmmədov Mirzə Əli oğlu
2.Şükrov Rəhim Nüsrət oğlu
3.Hüseynov Azər Tahir oğlu
4.Qasımova Məlahət Adil qızı
5.Umudova Kəmalə Fəzail qızı
6.Eyvazova Gülsurə Yusif qızı
7.Kamilova Könül Gülağa qızı
8.Tərlanova Sürəyya Aslan qızı
9.Salahova Tahirə Faiq qızı
10.Dadaşov Yaqub Oruc oğlu
11.Əliyev Əlibala Nuru oğlu

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.