​“Gördüm sürətlə gəldi vurdu” – Qəza anbaan kameralara düşdü – VİDEO

Kürdəmirdə yol qəzası baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Kürdəmir rayon sakini, 50 yaşlı Cəlil Mehdiyevin idarə etdiyi "Mercedes" markalı minik maşını yolda dönmə əməliyyatını yerinə yetirərkən həmin istiqamətdə hərəkət edən 21 yaşlı Orxan Ələkbərlinin idarə etdiyi eyni markalı avtomobillə toqquşub.
Cəlil Mehdiyev - Sürücü: “Körpünün altından çıxdım maşınlara yol verəndən sonra gəldim, burada maşınlar gəlirdi. Yol verdim maşınlara, maşınlar qurtaran kimi rolu döndərəndə bir də gördüm sürətlə gəldi vurdu”.
Qəza nəticəsində xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır./ARB TV/