Goranboyda avtomobil aşdı - SÜRÜCÜ XƏSARƏT ALDI

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə səhər saatlarında Goranboy-Naftalan yolunda baş verib.
Belə ki, Naftalan rayon sakini, 1978-ci il təvəllüdlü Ülfət Rafael oğlu Həsənov idarə etdiyi avtomobili aşırıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.