Goranboyda avtomobil aşdı - Ölən və yaralanan var
12-08-2019 22:26
Baxış sayı:
3502
Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.