Gömrükdə külli miqdarda dərman aşkarlandı
14-11-2018 10:04
Baxış sayı:
6226
Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş, cəmi 9034 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.