​Gömrükçülər psixotrop maddə aşkarladı

Baxış sayı:
2671

Gömrükçülər psixotrop maddəni müsadirə edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Kazımova soyadlı həmin vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan edilən hər hansı predmet aşkar edilməsə də, lakin onun həkim müayinəsinə zərurət yaranıb və daxili orqanları müayinədən keçirilib. Nəticədə, adı çəkilən xanım vətəndaşdan 2 bükümdə, ümumi xalis çəkisi 49,583 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.