​“Gömrük Komitəsində “paket ödənişləri” olmayıb” - KOMİTƏ SƏDRİ

Baxış sayı:
780

“Təkcə 2017-ci ildə gömrük xidmətində 17 nəfər işdən çıxarılıb. “Paket ödənişləri” praktikası olsaydı, onları işdən necə çıxara bilərdik, axı bu halda prokurorluğa xəbər verə bilərdilər. Mən sualda dediyiniz kimi, maaşların zərflərdə veriməsinin mövcudluğunu inkar etmirəm, amma özünüz düşünüb məntiqi nəticələr çıxarın”.
Hurriyyet.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Turan-ın son iki ildə xarici ticarət əməliyyatlarının qanuniləşdirilməsindən sonra əmək haqqının səviyyəsi ilə bağlı sualına cavab olaraq bildirib.
Gömrük xidmətinin rəhbəri bildirir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əmək haqları büdcədənkənar fondunun hesabına bir çox nazirlik və idarələrdəkindən daha çoxdur. 2017-ci ildən gömrük pozuntularından əldə olunan gəlirlərin 60%-i gömrük işçilərinin maddi təminatının gücləndirilmsinə yönəldilir.