​Gəncənin icra başçısı keçmiş baş prokurorun qardaşını işdən çıxardı

Baxış sayı:
7312

Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub. Qurumdan BakuPost-a verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Flora Zeynalova tutduğu vəzifədən azad olunub. Bundan başqa, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyev işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, D.Alıyev Azərbaycanın sabiq baş prokuroru Əli Ömərovun qardaşıdır.