​Gəncədə ölü sayı 3-ə çatdı: Müəllim və oğlunun meyiti çıxarıldı

Baxış sayı:
5353

Gəncədə baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb. 
Bu barədə Muxalifet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, dağıntılar altından bir qadının və onun 21 yaşlı oğlunun cəsədi çıxarılıb. Hələlik kimliyi açıqlanmayan qadının müəllim olduğu bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin apardığı axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.