Gəncə sakini Göygöldə qətlə yetirilib

Göygöl rayonunda qətl hadisəsi törədilib.
 
Hadisə rayonun Hacıməlikli kəndi ərazisində qeydə alınıb. Gəncə sakini 1986-cı il təvəllüdlü Məmmədov Tural Faləddin oğlu bıçaqlanaraq qətlə yetirilib.
 Qətli törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
 Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır./apa