Gənc musiqiçi Xəzərdə BOĞULDU - FOTO

Baxış sayı:
8791

Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi ərazisində bir nəfər dənizdə çimərkən boğulub. Muxalifet.az AzərTac-a istinadən xəbər verir ki, dənizdə boğulan gənc Xaçmaz şəhər sakini, 1992-ci il təvəllüdlü Pənah Bəhramoğludur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunsa da, hələlik gəncin cəsədi tapılmayıb.