​Gənə dişləməsi faydalıdır - HƏKİMDƏN SENSASİON AÇIQLAMA

Baxış sayı:
14296

Həkim hesab edir ki, ensefalit zamanı kömək edən immunoqlobulin artıq o qədər də işə yaramır.
Rusiyanın tanınmış həkimi Nataliya Tolokonskaya bu barədə şok açıqlama verib. O bildirib ki, gənə dişləməsi təbii immunitet yaranmasında faydalıdır.
Muxalifet.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə həkim öz "Facebook" səhifəsində yazıb. O, həmçinin xəstələrə homeopatiya yolu ilə sağalmağı məsləhət görüb.
"Gənə ensefaltitinin təbii ocağı olan Sibirdə insanın virusla yoluxma halında xəstəliyin inkişafına müqaviməti çox yüksəkdir" - deyə Tolokonskaya qeyd edib. 
Onun sözlərinə görə, həşəratların dişləməsi ilə bütün gənə infeksiyalarına qarşı təbii müqavimət yaranır.
Həkim hesab edir ki, ensefalit zamanı kömək edən immunoqlobulin artıq o qədər də işə yaramır.
"Yaxşı olar ki, immunitetin qaldırılması üçün zərərsiz dərmanlardan istifadə edilsin", - deyən həkim iddia edir ki, alternativ tibbin immunitetin möhkəmləndirilməsində böyük rolu var.