​Gələn ildən pasport və şəxsiyyət vəsiqələri üçün yeni rüsumlar tətbiq olunacaq – QİYMƏTLƏR

Baxış sayı:
3517

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Muxalifet.az xəbər verir ki, qanuna 14.1-1-ci maddə əlavə edilib:
14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
 
 

14.1-1.1. on iş günü müddətində verildikdə 
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün20 manat
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün30 manat
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün40 manat
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara50 manat
14.1-1.2. beş iş günü müddətində verildikdə 
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün30 manat
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün50 manat
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün70 manat
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara90 manat
14.1-1.3. bir iş günü müddətində verildikdə 
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün50 manat
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün90 manat
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün130 manat
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara170 manat