“Gələn il subsidiyaların məbləği artmayacaq” - Nazir müavini

Baxış sayı:
11521

"320 min fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib" Muxalifet.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. Onun sözlərinə görə, gələn ildən veriləcək subsidiyaların məbləğində dəyişiklik olmayacaq: "Subsidiya məbləği builki qədər olacaq. Yəni artım gözlənilmir". Nazir müavini, həmçinin qeyd edib ki, fermerlərə plastik kartlar "Kapital Bank" ASC vasitəsilə veriləcək. Prosesə ilin sonunadək başlanılacaq. /azvision.az/