​Gələn həftə Rusiya və İran prezidentləri Ankaraya SƏFƏR EDƏCƏKLƏR

Baxış sayı:
2941

Muxalifət.az xəbər verir ki, Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci sammiti aprelin 3-də Ankarada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putinin həmsədrlikləri ilə keçiriləcək. Səfər çərçivəsində elə həmin gün, yəni aprelin 3-də iki ölkə rəhbərləri tərəfindən Akkuyu Atom Elektrik Stansiyasının da təməlqoyma mərasiminin keçiriləcəyi gözlənilir. Suriya sammiti aprelin 4-də olacaq Növbəti gün isə Ərdoğan ilə Putinə İran prezidenti Həsən Ruhani də qoşulacaq. Aprelin 4-də, gələn həftənin çərşənbə günü Suriya məsələsi üç prezident arasında Suriya məsələsi müzakirə ediləcək. Həmçinin, Ruhani ilə Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi də gözlənilir./Hurriyyet.org