​“Gəlməsən...” - İran polisi azərbaycanlı fəalla mafiya kimi danışdı

Baxış sayı:
3373

Güney Azərbaycandan olan milli-mədəni fəal Məhəmməd Hadi Abbaszadə Xoy şəhər Polis İdarəsinə çağırılıb.
Muxalifet.az xəbər verir ki, o, idarəyə vaxtında gəlməyəcəyi halda həbs ediləcəyi ilə hədələnib.
Fəala göndərilmiş çağırış vərəqəsində “Məhəmməd Hadi Abbaszadə təyin olunan vaxtda idarəyə müraciət etməsə, bunun qarşılığını çox ağır ödəyəcək”, qeydi yer alıb.
Bir neçə gün əvvəl İranın polis orqanları Məhəmməd Hadi Abbaszadə ilə bir neçə dəfə telefon əlaqəsi saxlayaraq onu idarəyə çağırıblar, lakin fəal çağırışa məhəl qoymayaraq idarəyə müraciət etməkdən imtina edib. Bundan sonra fəalın evinə çağırış vərəqəsi göndərilib.
Fəalın barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.