​Gələcəyin avtomobili: YENI ELEKTROKAR “Fisker EMotion”

Baxış sayı:
24928

ABŞ-ın “Fisker” avtomobil istehsalçısı Las-Veqas şəhərində keçirilən CES 2018 sərgisində yeni “Fisker EMotion” elektrokarını təqdim edib.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, elektrokara quraşdırılan 143 kVt həcmli litium-ion akkumulyatoru sayəsində o, əlavə enerji toplamadan 640 kilometr məsafə qət edə bilir. Seriyalı şəkildə buraxılacaq elektrokarlar 9 dəqiqə müddətində topladığı enerji ilə 200 kilometr yol gedəcək.
2017-ci il noyabr ayının ortalarında bu texnologiya ilə maraqlanan kompaniya onu CES 2018 sərgisinə çıxarmağı vəd etmişdi. Burada söhbət elektrokarların birdəfəyə gediş məsafəsinin 800 kilometrə çatdırılmasından və enerji toplama müddətinin 1 dəqiqəyə qədər azaldılmasından gedir.
 “Fisker EMotion” avtomobilinin 2020-ci ildə satışa çıxarılması planlaşdırılır. Onun qiyməti 130 min dollara yaxın olacaq.