​Gizli məlumat gəldi: Türk ordusu hərəkətə keçdi

Baxış sayı:
1363

Türkiyə Mülki Müdafiə qüvvələri PKK-nın Şırnak şəhərində yenidən təşkilatlanmasına qarşı əməliyyat başladıb.
Muxalifet.az xəbər verir ki, kəşfiyyat məlumatından sonra Cizrə və Silop mahallarında keçirilən əməliyyat zamanı terror təşkilatının bu ərazidə mövqe tutub möhkəmlənməsinə çalışan 23 şübhəli saxlanılıb.
Şırnak Valiliyi saxlanılan şəxslərin evlərində axtarışlar aparıldığını, kompüter, mobil telefon və PKK-ya məxsus sənədlərin ələ keçirildiyini açıqlayıb.
Açıqlamada sözügedən şəhərdə PKK-nın bütün planlarının deşifrə edilməsi istiqamətində əməliyyatların davam edəcəyi vurğulanıb.