Giorgi Marqvelaşvili: “Narkotik vasitələrin istehsalı tamamilə qəbuledilməzdir”

Baxış sayı:
3820

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkədə hər hansı bir narkotik vasitənin istehsalının əleyhinədir.
O, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsinin narkotik istehsalçısına çevrilməsi onun beynəlxalq arenadakı imicinə xələl gətirəcək.
“Mənim üçün Gürcüstanda narkotik vasitələrin istehsalı tamamilə qəbuledilməzdir və bunun iki səbəbi var. Birinci səbəb odur ki, əgər biz narkotik istehsal edən ölkə olsaq, o zaman narkotiklərin yayılmasına nəzarət edə bilməyəcəyik və daha çox insan bu xəstəliyin qurbanına çeviləcək. İkinci səbəb isə ölkənin xarici siyasəti ilə bağlıdır. Gürcüstan marixuana və ya digər narkotik vasitə istehsal edən ölkəyə çevrilə bilməz. Vətənimizə belə bir etiket vurula bilməz”, - G.Marqvelaşvili deyib.
Qeyd edək ki, Gürcüstan parlamenti marixuananın ixrac məqsədilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb. (Report)