​General Arzu Rəhimov haqqında SENSASİON İDDİALAR – Prezident Administrasiyasına şikayət onu bitirə bilər...

Və yaxud "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun nazir olmaq iddiası  

Baxış sayı:
15250

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 29 oktyabr – 04 noyabr 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oldu. Onun barəsində “Arzu Rəhimov çətin vəziyyətdə”, “Polkovnik Arzu Rəhimovun ŞOK DOSYESİNİ Ramiz Mehdiyevə ÇATDIRDI - Video”, “"Arzu Rəhimov əsl kişilik nümunəsi göstərərək ona polkovnik rütbəsi verib rəis təyin etdi, amma..."”, “General Arzu Rəhimov da belə getdi - "Onun bu ölkəyə nə qədər ziyan vurduğunun şəxsən şahidi olacaqsınız...”, “Arzu Rəhimova qarşı AĞIR İTTİHAMLAR - Müraciət”, “Arzu Rəhimova qarşı faktlar PA-ya təqdim olundu - GƏLİŞMƏ” başlıqlı 6 məqalə ümumilikdə 13 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov  tutur. Onun barəsində “Cavid Qurbanov “Azərbaycan Dəmir yolları”nda “təmizliyə” başlayır”, “Cavid Qurbanov Əlirza Süleymanovla yollarını ayırır - imperiya çökür”, “QSC-də Əlirza Süleymanov erası bitir - onun yerinə Ukraynadan kadr gətirilir”, “Cavid Qurbanov "Topaz"ın səhmlərinin 75 faizindən çox hissəsini aldı”, “Cavid Qurbanov “TopAz”ın da sahibinə çevrildi”, “Yeni nazir Cavid Qurbanov olacaq? - İDDİA”, “Bizim Berluskoni: Cavid Qurbanovun macəra kimi üç sərgüzəşti – Pərdəarxası…” başlıqlı 7 məqalənin 11 elektron KİV-də yayılması ilə tutur.

KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri isə “Sahil Babayevin Biləsuvardakı kadrına İTTİHAM - Müraciət”, “Sahil Babayev köklü dəyişikliklərə hazırlaşır... - Əsas "baryer" yıxılıb…”, “SAHIL BABAYEV ƏLILLƏRI HƏDƏF SEÇIB...FAKT”, ““Sahil Babayev, intihar həddindəyəm” - Ucarda işsiz gənc nalə çəkdi...” başlıqlı 4 məqalənin 7 elektron KİV-də yayılması ilə Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev tutur.

Muxalifet.az