General ABŞ-a meydan oxudu

Baxış sayı:
6841

Venesuelanın müdafiə naziri Lopez, "Yabançı bir hökumətdən əsla əmr almayacağıq. Ən yüksək təklifi verənə satılan pullu əsgərlər deyilik" deyib.
 
Vladimir Padrino Lopez təhdidlərə baxmayaraq dövlət başçısı Nicolas Maduroya "qeyd-şərtsiz sadiq qalmağa davam edəcəklərini" ifadə edərək ABŞ-ın "kukla" bir rəhbərlik qurması üçün onların meyidlərinin üstündən keçməsi lazım olduğunu söyləyib.
Lopez televiziyalardan canlı yayımlanan çıxışında, müxalifəti dəstəkləməsi üçün ordunu təhdid edən ABŞ prezidenti Donald Trampa cavab verib.
"Bizdə dövlət başçısı var və onun adı Nicolas Madurodur" deyən Lopez, "əvvəldən bəri anti-imperialist olan" Venesuela ordusu Bolivarcı Milli Silahlı Qüvvələrinin (FANB) "şantaj və təhdidlərlə manipulyasiya edilə bilməyəcəyini" söyləyib.
Konstitusiya və qanunların xaricinə çıxmayacaqlarını və Maduroya qeydsiz-şərtsiz bağlı qalmağa davam edəcəklərini vurğulayan Lopez, "Bizi müəyyən edən bir şey varsa, o da qürurdur. Milli qürur bayrağını daşıyırıq. Əgər bizi cəzalandırmaq istəyirlərsə, sanksiya tətbiq edə bilərlər" deyib.
Lopez Trampın "humanitar yardım" vasitəsilə ölkədə vətəndaş müharibəsi başlatmaq istədiyini də deyib.
Müxalifət.az