Gədəbəydə avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.
 
 Lent.az xəbər verir ki, Gədəbəy-Şəmkir yolunun 1-ci kilometrliyində "Hyundai" markalı, 99 GZ 021 dövlət qeydiyyat nişanlı minik avtomobili 2010-cu il təvəllüdlü Hüseynli Elxan Elnur oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib.
 Bildirilir ki, hadisə 7 yaşlı Elxan yolu keçməyə çalışarkən baş verib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.