“Gazelli” zavodunda baş vermiş yanğın söndürüldü - VIDEO

“Gazelli Group”da baş verən yanğın söndürülüb.
Bunu “Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı deyib.
O bildirib ki, təxminən 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: “Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb”.
Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

***16:43

Bakıda "Gazelli"nin zavodu yanır

Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb. Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. Hadisə ilə bağlı FHN-dən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.