​Əfv Komissiyasının NÖVBƏTİ İCLASI BAŞLAYIB – Bu günə qədər 500 müraciətə baxılıb

Baxış sayı:
5467

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, komissiyanın bügünkü iclasında da daxil olan müraciətlərə baxılacaq. Qeyd edək ki, komissiyanın ötən gün keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
Ümumilikdə Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 500-dən artıq müraciətə baxıb. Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.