Əfv Komissiyası işini yekunlaşdırdı - “siyasi məhbus” siyahısına görə qalmaqal

Baxış sayı:
4576

1200-dən artıq müraciətə baxılıb; siyasi məhbuslarla bağlı üç fərqli siyahı tərəfləri qarşı-qarşıya gətirdi

Təxminən 2 həftə sonra Novruz bayramı  münasibətilə ənənəvi əfv sərəncamının imzalanacağı gözlənilir. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası əfvlə bağlı müraciətlərə baxılma prosesini artıq yekunlaşdırıb. Hazırda məhkumların siyahısının hazırlanması ilə bağlı texniki işlər həyata keçirilr.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Əsas diqqət heç şübhəsiz ki, siyasi məhbuslara yönəlib. Bütün bunların fonunda yenə də Azərbaycanda neçə nəfər siyasi məhbusun olması məsələsi müzakirədədir.

Azərbaycanda beynəlxalq və yerli hüquq “siyasi məhbus” məsələsinə görə bir sıra Avropa qurumları tərəfindən tənqid olunsa da, ortada vahid siyahı yoxdur. Daha doğrusu, bir neçə siyahı var və oradakı say fərqi iki dəfədən çoxdur.

Bu barədə “BBC Azərbaycan”a  verilən materialda bildirilir ki,  mövcud siyahıların  birində 53, digərində 127, başqa birində isə 137 nəfərin adı qeyd olunub. Bəs bu qədər siyahıya ehtiyac varmı və bunlardan hansı əsas götürülməlidir?

Yazıda siyahılardakı fərqlərlə bağlı məqamlara Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fikirlərinə yer verilib. Seyidov bildirib ki, beynəlxalq təşkilatlarda, xüsusən də Avropa Şurasında bizə müxtəlif siyahılar təqdim olunur. O siyahılarda müxtəlif adlar peyda olur. Bəzən bu siyahılar bir-birinə tamam ziddir, bir-birini inkar edir.

Картинки по запросу Səməd Seyidov

Səməd Seyidovun sözlərinə görə, hüquq müdafiəçiləri ilə görüşdə də bu məsələ müzakirə edilib: “Bu siyahılar haradan əmələ gəlir, niyə sui-istifadə olunur? Siyahıdakı məhbuslarla bağlı deyilənlər nə dərəcədə həqiqətəuyğundur, problemləri necə həll edilə bilər?”

Zümrüd Yağmur, Mehman Əliyev, Əvəz Zeynallı, Zəfər Əhmədov, Əlövsət Sadıqlı, Taleh Xasməmmədov, Rövşən Məmmədlinin təmsil olunduğu Siyasi Məhbusların Müdafiə Mərkəzinin siyahısında 137 nəfərin adı var.

Amma bununla belə, mərkəzin koordinatoru Oqtay Gülalıyev siyahının daha da böyüyəcəyini istisna etmir, xeyli sayda adamın hələlik monitorinq altında olduğunu, araşdırıldığını söyləyir. Araşdırılan şəxslərin ötən ilin iyulunda Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı ittihamlar əsasında həbs edilənlər olduğunu bildirir.

Az şəxsin adı  olan  siyahını Novella Cəfəroğlu və onun komandası tərtib edib. Onların siyahısında 53 nəfərin adı qeyd edilib.

Картинки по запросу Rövşən Hacıbəyli

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun üzvü Rövşən Hacıbəyli iddia edib ki, Novella Cəfəroğlu və komandası bir neçə ildir ki, hüquq müdafiəçiliyindən çox hakimiyyətin müdafiəçiliyi ilə məşğuldur: "“Ölkədə siyasi məhbus yoxdur” deyilsə də, hakimiyyət vaxtaşırı həmin şəxsləri azadlığa buraxır. Novella Cəfəroğlu da hakimiyyət mövqeyindən çıxış etdiyindən elə deyəcək, sayı azaldacaq".

Картинки по запросу Novella Cəfəroğlu

“Yeni Müsavat”a açıqlamasında Novella Cəfəroğlu bildirib ki, Rövşən Hacıbəyli və digərlərinin siyasi məhbus kimi siyahıya yazdıqlarını o, qəbul etmir:

“Rəqəmləri çox göstərənlərin siyahısından da xəbərimiz var. Onların göstərdikləri siyahıya da baxmışıq. Deyim ki, həmin siyahıda olanların bir qismi metronu partladanlardır. Bu adamları da siyasi məhbus sayırlar. Biz isə Avropa Şurasının verdiyi kriteriyalara uyğun olaraq siyasi məhbus siyahımızı tərtib etmişik. Rövşən Hacıbəyli desin görək, indiyə qədər hansı adamı buraxdıra biliblər? Həmin siyahını tərtib edənlər indiyə qədər 1 adamı buraxdırıblarmı? Burada biz çalışırıq, adımıza da hökumət adamı deyirlər. Biz təkcə siyasi məhbusları buraxdırmırıq ki? Məhkəmələrdə yüzminlərlə insanın taleyini həll edirik. Rövşən Hacıbəyli ayrı məsələləri qaldırsın. Desin ki, məhkəmələr dəyişilsin, müstəqil olsun. Yoxsa ”bunlar hökumətin adamıdır", “filan qurum hökumətə işləyir” demək doğru deyil. Biz minlərlə insanı buraxdırmışıq, hamısı da “sağ ol” deyiblər. Həbsxanadan çıxanların hamısı bizə təşəkkür edirlər. Öz işimizi görürük və bundan sonra da görəcəyik".

N.Cəfəroğlu bildirib ki, qarşı tərəflərin siyahısında olan insanların da çoxu barəsində məhkəməyə etirazlarını bildiriblər: “Yazmışıq ki, filan adamların məhkəməsi düzgün keçirilməyib, təzədən baxılmalıdır. Bildirmişik ki, bu adamları ya azad edin, ya da işlərinə yenidən baxın. Sözsüz ki, həmin adamları yeri gələndə biz də müdafiə edirik. Ancaq onları siyasi məhbus kimi qəbul etmirik. Kriteriyalar var ki, onlara uyğun da işləyirik. Bu kriteriyaları isə Avropa Şurası verib, biz yox...”/musavat