Əfv Komissiyası işini yekunlaşdırdı - 1100-dək MÜRACİƏTƏ BAXILIB - YENİLƏNİB

Baxış sayı:
7702

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.
 
Muxalifət.az-ın xəbərinə görə, bu gün keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
İndiyədək 1100-dək müraciətə baxılıb.
Bununla da, komissiya işini yekunlaşdırıb.
Əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
 
***
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
 
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Komissiyanın indiyədək keçirilən iclaslarında 1100-dək müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.