"Füzuliyə raket zərbəsi endirilsin, müharibə başlamasın..." - GÖZLƏNİLMƏZ AÇIQLAMA

Baxış sayı:
11476

1949-cu il Cenevrə Konvensiyasına görə, işğalçı qüvvə işğal etdiyi ərazilərdə məskunlaşa bilməz, ora öz mülki əhalisini gətirə bilməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri ermənilərin Füzulidə yeni kəndin inşasına başlamasına münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, əgər məlumat doğrudursa, həmin o kəndin inşa olunduğu yerə xəbərdarlıq ediləndən 24 saat sonra dərhal raket zərbəsi endirilməlidir:
“Buna bizim tam legitim hüququmuz var. Bu, danışıqlar prosesinə də müsbət töhfə verəcək. Müharibə başlamayacaq, amma ermənilərə dərs olacaq. Vaxt çatıb!”