Fuad Qəhrəmanlının qızına hücum edən şəxs həbs edildi - YENİLƏNDİ

Baxış sayı:
364

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum edən Tural Qarayev inzibati qaydada cəzalandırılıb.
Report-un xəbərinə görə, bu gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə ona 15 sutka inzibati həbs cəzası verilib.