​“Fuad Abbasovu aradan götürmək istəyirlər” - ŞOK İDDİA

Baxış sayı:
5304

“Fuad Abbasov kifayət qədər savadlı, həm siyasi hazırlıqlı, fəaliyyətini hansısa siyasi konyuktura yox, ümumazərbaycan mövqeyindən sərgiləyən və erməni millətçi siyasətinin iç üzünü bilib ifşa etmə imkanlı güclü inadkar mübariz jurnalistdir”. Bunu siyasi ekspert İlqar Altay deyib. O, bildirib ki, bu vətənpərvər xüsusiyyətlərini əyani olaraq Rusiya tv-ləri efirində milyonların önündə sübut edib. Jurnalizm səviyyəsində Azərbaycanın beynəlxalq ictimai təsir güclü müdafiəçisinin az olduğunu qeyd edək ekspert bu səbəbdən də, milli düşmənlərimiz ermənilər və onlarla mövqeyi üst-üstə düşən bütün, digər antiazərbaycançı qüvvələr üçün Fuad Abbasovun yeni bur problemli təzahür olduğunu vurğulayıb: “Təbii ki yığışıb onlara müqavimət göstərən belə başağrılı şəxsi nə yol ilə olur-olsun, aradan götürmək istəyirlər. Ona görə, biz hökumət və cəmiyət səviyyəsində Fuad Abbasovu dəstəkləməli, qorumalıyıq. Belə bir vəziyyətdə Fuada qarş qaldırılan ittihamların əsassız olmasını güclü vəkillər vasitəsilə sübut erməliyik. İctimai əsaslarda etirazlarla da təsirli çıxışlar etməliyik Rusiya hakimiyyət orqanlarına qarşı ki, Fuad işinin ədalətli həll olunması üçün. Eyni zamanda bu prosesin bizim xeyrimizə həll olunmama variantına da hazır olmalıyıq. Elə bir B plan variantımız olmalıdır ki, Fuadın fəaliyyəti heç də dayanmasın və az təsirli olmasın, bütün o, antiazərbaycan çetesi üçün. Nə variantdır o? Fuad Abbasovun Azərbaycana dönüşü halında ona, həmin vətənyönlü fəaliyyətini daha enerjili və güclü davam erdirmək üçün şərait yaratmaq lazımdır. Və bu dəfə beynəlxalq siyasi aspektdə Azərbaycan mövqeyi uğrunda fəaliyyət qurmaq yönlü. Fikrimcə, biz bununla, daha yeni və daha da effektli Fuad görərik, Azərbaycan savaşında”./Yeni Sabah