FƏTÖ-nün XAOS PLANI - Sui-qəsdlər olacaq, qan töküləcək...

Baxış sayı:
3228

FƏTÖ ilə əlaqəli olan terror təşkilatı DHKP-çilərin, dönəmin CHP rayon təşkilatının sədrini öldürüb, hadisə yerinə də MHP-nin bayrağını buraxaraq daxili qarışıqlıq salmağı planlaşdırdığı ortaya çıxıb.
 
FƏTÖ-çü polis rəislərinin terror təşkilatı olan DHKP-C-nin daxilində təşkil etdiyi xaos qrupunun həyata keçirmək istədiyi aksiyalarla bağlı yeni bir ittihamnamə hazırlanıb. İttihamnaməyə görə, CHP rayon təşkilatının sədrinə sui-qəsd təşkil olunub, cinayət MHP-nin üstünə yıxılacaqdı. Təşkilat üzvü Asuman Akçanın göstərişilə bu sui-qəsdi yerinə yetirmək üçün Şəfəq Qorxmaz partiyaya sızdırılıb. Aktı həyata keçirmək istəyən, ancaq uğursuz olan adamın isə İsmət Özdəmir olduğu da iddianamədə yer alıb. Qorxmaz və Özdəmir haqqında ağırlaşdırılmış ömürlük həbs tələb olunub.
İttihamnaməyə görə, CHP-li Fevzi Şitə qarşı bir sui-qəsd planı hazırlanıb. DHKP-C-nin CHP-nin içinə sızdırdığı Şəfəq Qorxmaz, rayon təşkilat sədrinə sui-qəsd təşkil edərək, hadisə yerinə isə MHP-nin bayrağını ataraq xaos çıxarmaq məqsədi güdüb. Bu cinayətlə MHP-lilər hədəfə qoyulacaq və MHP-nin binaları və partiya üzvlərinə hücum edilərək xaos planı həyata keçiriləcəkdi. MHP-yə hücumları isə FƏTÖ-nün əvvəlcədən planlaşdırdığı PKK terrorçuları həyata keçirəcəkdi.

Müxalifət.az