​Fəthullah Gülən Ağ Evə dəvət edilsin - ŞOK TƏKLİF

Baxış sayı:
2575

ABŞ-ın Türkiyəyə yönəlik sanksiya qərarından sonra İsrail televiziyası Prezident Donald Trampa qalmaqallı bir təklif verib.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, İsrail televiziyası FETÖ rəhbəri Fətullah Gülənin Ağ Evə dəvət edilməsi təklifi ilə çıxış edib.
Pensilvaniyanın ən böyük şəhəri olan Filadelfiyadan canlı yayına qatılan jurnalist Gregg Roman "İ24 News" proqramının aparıcısı Tal Heinriçin suallarını cavablayarkən, Türkiyə ilə ABŞ arasındakı böhranla bağlı açıqlamalar verib. O, Türkiyəyə qarşı sanksiyaların yetərsiz olduğunu və FETÖ rəhbəri Fətullah Gülənin Ağ Evdə qarşılanmasının lazım gəldiyini deyib.