FTB ABŞ-dakı gizli təhlükəni açıqladı

Baxış sayı:
8044

ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FBI) üst səviyyə səlahiyyətlisi ölkədə son dövrdə yaşanan ağ irqçilik hadisələrində artım olduğunu ifadə edib.
 
“CNN International”-ın FTB-dən üst səviyyə bir terrorla mübarizə səlahiyyətlisinə söykədiyi xəbərdə, ölkədə son aylarda ağ irqçilərin etdiyi hücumlarda ciddi artım müşahidə edildiyi qeyd olunub.
Səlahiyyətli "Suriyada İŞİD xilafətinin məğlub olmasından sonra beynəlxalq terror təhdidləri sabit qalarkən, FTB ölkə daxilində artan ağ irqçilik terroru ilə boğuşur" deyib.
FTB səlahiyyətlisi ağ irqçilik hücumlarının sayı ilə bağlı konkret rəqəm açıqlamayıb.
Qeyd edək cki, ABŞ Daxili Təhlükəsizlik nazir vəkili Kevin McAleenan da etdiyi açıqlamada, ağ irqçiliyi "ifrat zorakı" və "böyük bir məsələ" olaraq xarakterizə etmiş, gedərək böyüyən və narahatlıq oyandıran bir təhdid olduğuna diqqəti çəkmişdi.
Müxalifət.az