​FSB Rusiyanı qorxuya salan zənglərin mənbəyini tapdı

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkədə obyektlərə bomba yerləşdirilməsi ilə bağlı yalançı zənglərin kimlər tərəfindən edildiyini müəyyənləşdirib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FTX-nın rəhbəri Aleksandr Bortnikov söyləyib. Onun sözlərinə görə, bu yalançı zəngləri xaricdən 4 Rusiya vətəndaşı edib:
“Biz onları müəyyənləşdirmişik. Bunu etmək asan deyildi. Bunlar Rusiya vətəndaşlarıdır. Onların sayı 4 nəfərdir və hazırda xaricdədirlər. Bu şəxslərin ölkə ərazisində ortaqları da var. Hazırda onların axtarışına başlanılıb”.
Qeyd edək ki, son bir neçə gün ərzində Rusiyada yalançı zənglər ucbatından 100-ə yaxın şəhərdə minlərlə obyekt boşaldılıb, 600 minə yaxın şəxs təxliyə edilib. Ümumilikdə, yalançı zənglər ölkəyə bir milyard rubldan artıq ziyan vurub.