FSB Kadırova nifrət edir, istənilən an... - Feygin

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovdan hakimiyyətdə qalmaq üçün istifadə edir.
 
Bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı ekspert Mark Feygin söyləyib.
“Hərdən ironiya, hərdən isə ciddi şəkildə Kadırovun Putinin hakimiyyətdə qalma zəmanəti olması barədə müzakirələr aparılır. Onu hətta Putinin xələfi də adlandırırlar. Rusiya elə bir ölkədir ki, orada heç nəyi istisna etmək olmur. Federal Təhlükəsizlik Xidməti Kadırova nifrət edir. Onlar an gözləyirlər ki, çeçen liderlə hesablaşsınlar. Nemtsov cinayəti bunu sübut etdi”, – deyə o bildirib.