Fərqlənmə attestatı almaq istəyənlərin diqqətinə... - DİM

Baxış sayı:
6964

Ümumi təhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması qaydalarına əsasən şagirdlər ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyənlər üçün inşa yazmaq məcburidir. İmtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. Cari ildə 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə yazacaqları inşalara verilən tələblər, həmçinin inşa mövzularına aid nümunələrlə DİM-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür.