Fərhad Əliyevin texnoparkın rəhbəri təyin edilməsi barədə məlumat həqiqətəuyğun deyil

Keçmiş iqtisadiyyat naziri Fərhad Əliyevin "Sumqayıt Texnologiyalar Parkı" MMC -yə rəhbər təyin olunması ilə bağlı bəzi mətbuatda yayılan informasiya həqiqətəuyğun deyil.
MMC-nin mətbuat xidməti məlumatı təkzib edərək bildirib ki, bu ilin mart ayında Emin Məmmədov "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin baş direktoru təyin olunub.
Xatırladaq ki, keçmiş iqtisadiyyat naziri Fərhad Əliyev 2005-ci ilin payızında həbs olunub. Öncə onu hakimiyyəti ələ keçirmək məqsədilə əlbirlikdə ittiham ediblər, sonra iqtisadi cinayətlər ittihamı ilə 10 il azadlıqdan məhrum ediblər.
Fərhad və onun qardaşı Rafiq Əliyev azadlığa çıxdıqdan sonra Azərbaycanı tərk ediblər.
Bəzi məlumatlara görə, onlar Londonda yaşayırlar ("Turan").